Azərbaycanın Qarabağ zəfəri ilə Qafqazda yeni dövr başlayıb – Ərdoğan

Azərbaycanın Qarabağ zəfəri ilə Qafqazda yeni dövr başlayıb.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğana Azərbaycana səfərinin yekunları ilə bağlı
danışarkən deyib.

“Bu dastanlara düşəcək qələbə sayəsində ümumi coğrafiyamızda
davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran
maneələr aradan qalxdı. Hesab edirik ki, bu tarixi fürsət boşa
getməməlidir. Azərbaycan və Ermənistanın aralarındakı məsələlərin
birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq. Türkiyə
olaraq biz tərəflərin sərhəd məsələlərinin həlli, sülh
müqaviləsinin bağlanması, nəqliyyat dəhlizlərinin açılması
istiqamətində səylərini dəstəkləyirik. Bu səylərin uğuru bizim
hamımızın, bütün regionumuzun xeyrinədir. Sərhəd komissiyalarının
mayın 24-də ilk iclasını keçirməsi və Zəngəzur dəhlizi məsələsində
irəliləyişin əldə olunması xüsusilə sevindirici haldır. Biz də
Ermənistanla münasibətlərimizin normallaşması prosesini
səmimiyyətlə həyata keçiririk. Biz regionun təhlükəsizliyi və
rifahı naminə Azərbaycanla həmrəyliyimizi artırmağa davam edəcəyik.
Qardaşım Prezident İlham Əliyev ilə birlikdə inşallah iki ölkənin
dostluğunu, əməkdaşlığını hər sahədə zirvələrə daşıyacağıq. Rəbbim
yolumuzu, bəxtimizi açıq etsin”, – deyə Türkiyə Prezidenti
bildirib.

Teqlər: