Azərbaycan 44 gün davam edən Vətən müharibəsində Ermənistan
üzərində tarixi Zəfər qaznadıqdan sonra Ermənistan sülh müqaviləsi
bağlamaq haqqında, öz gələcəkləri haqqında düşünmək, qonşuları ilə
münasibətlərini normallaşdırmaq əvəzinə, əvvəlki xəyallarında
qalmaqdadırlar. Onalar həm Azərbaycan-Ermənistan sərhədində
qoşunların təmas xəttəndə, həm də digər sahələrdə təxribatlar
törətməkdə davam edirlər.
UEFA konfrans Liqasnın pley-off mərhələsinin “Marsel” –
“Qarabağ” oyununda ermənilər təxribata əl ataraq stadionda
Ermənistan bayraqlarnı nümayiş etdirmişlər. Bundan başqa, ermənilər
stadiona təxribat xarakterli bannerlər gətirsələr də, stadionun
mühafizə xidməti bu bannerlərin nümayişinə imkan verməyib. Baş
verən təxribatla bağlı AFFA və “Qarabağ” futbol klubu UEFA-ya
müraciət edib. UEFA Konfrans Liqasının 1/16 final mərhələsində baş
tutan “Marsel”- “Qarabağ” oyunundan sonra “Marsel”ə qarşı intizam
işi açılıb.
Ermənistan Futbol Federasiyası prezidentinin keçmiş müşaviri
Zöhrab Yeqenyanın baş verən təxribatla bağlı açıqlaması var. O,
ermənilərə xitabən bildirir ki, bu gün Azərbaycanı təmsil edən
“Qarabağ” “Marsel”lə oynayır, bəs bizim “Ararat” haradadır. O,
Ermənistan Futbol Federasiyasını tənqid edərək bildirir ki, bizim
qonşularımız, yəni Azərbaycan bu illər ərzində “Qarabağ” adı ilə
milyonlarla insanı özünə cəlb etmişdir. Bəs biz nə etmişik?
Ermənistan nümayəndəsi öz həmvətənlərinə müraciət edərək billdirir
ki, gəlin, bir qədər ağıllanaq.
“Qarabağ” futbol klubu bizim üçün təkcə futbol klubu deyil, o,
həm də Azərbaycanı bütün dünyada təmsil edən bir komandadır.
“Qarabağ” futbol klubu həm Vətən müharibəsindən qabaq, işğal
dövründə, həm də Vətən müharibəsində əldə olunmuş tarix qələbədən
sonra Qarabağ adını həmişə uca tutub və bu adı bütün Avropa və
dünya məkanında təbliğ edirlər. “Qarabağ”ın UEFA Konfrans Liqasının
1/16 final mərhələsində oynaması özü tarixi bir uğurdur. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev bu tarixi nailiyyətə
imza atan “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib. Cənab
Prezident əldə edilmiş bu tarixi uğur münasibətilə klubun üzvlərini
ürəkdən təbrik edərək bildirib ki, “Qarabağ” futbol klubu bu tarixi
uğuru ilə təkcə klubun azarkeşlərini deyil, bütün azərbaycan
xalqını sevindirib. “Qarabağ” futbol klubu beynalxalq yarışlarda
böyük uğurlar qazanaraq xalqımızı, ölkəmizi, Azərbaycanı layiqincə
təmsil edir. Artıq “Qarabağ” klubunun adı çəkiləndə hamı Azərbaycan
haqqında düşünür, Azərbaycan haqqında fikirləşir. Ona görə də təkcə
futbolsevənlər deyil, bütün Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı
“Qarabağ” futbol klubuna dəsdək olmalıdır. Çünki Qarabağ
Azərbaycandır!
Rauf Əliyev,
Milli Məclisin deputatı