Azərbaycanın mövqeyi “Doing business 2020” hesabatında 6 pillə yüksələrək 190 ölkə arasında 28-ci olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AzerTimes-a verilən xəbərə görə, “Heritage Fondu” tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb.
2021-ci ildə açıqlanmış Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) “Qlobal kibertəhlükəsizlik indeksi 2020”də Azərbaycan 15 pillə irəliləyib. “Uşaq Hüquqları Fondu” və “Erasmus Rotterdam İnstitutu”nun “Uşaq Hüquqları İndeksi 2021” hesabatına görə Azərbaycan 2020-ci illə müqayisədə 3 pillə irəliləyib.
UNESCAP-ın “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin cari il üzrə sorğusunun nəticəsinə görə Azərbaycan regional liderliyini qoruyub.