Xəbər - Asif Mehman -Trend:
Azərbaycanın keçmiş səfiri Tələt Əliyev axtarışa verilib.
Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin
(BŞBPİ) saytında məlumat yerləşdirilib.
79 yaşlı diplomat Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə
və ya israf etmə) üzrə təqsirləndirilir.
Qeyd edək ki, Tələt Əliyev Azərbaycanın Ukrayna, Belarus və
Moldovada səfiri kimi işləyib.