Azərbaycanın istifadə etdiyi peyvənd tam təhlükəsizdir – Şahmar Mövsümov

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanın istifadə etdiyi peyvənd tam təhlükəsizdir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, eyni zamanda Azərbaycanın istifadə etdiyi peyvənd effektivdir: “Sizə bir rəqəm deyim, özünüz biləcəksiniz. Peyvəndləmə başlayandan sonra bu günə qədər Azərbaycanda koronavirusdan vəfat edən insanların 99 faizi peyvənd olunmayanlardır”.

Teqlər: