Azərbaycanın haqq işini dəstəkləməyə davam edirik – Hulusi Akar

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycan, Liviya kimi dost və qardaş ölkələrdəki dost və
qardaşlarımızın haqq işinə bacardığımız qədər dəstəyimizi davam
etdiririk.

Trend-in məlumatına görə bunu, Türkiyənin milli
müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin iclasından
sonra türk jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri bir tərəfdən sərhəd
təhlükəsizliyi, digər tərəfdən isə terrorla mübarizə sahəsində
fəaliyyətini qətiyyətlə davam etdirir.

“Bundan əlavə, Azərbaycan, Liviya kimi dost və qardaş
ölkələrdəki dost və qardaşlarımızın haqq işinə bacardığımız qədər
dəstəyimizi davam etdiririk. Region olaraq həssas və kritik bir
dövrdən keçirik. Belə bir dövrdə iki gün ərzində NATO-nun Müdafiə
Nazirləri Toplantısı keçirilib. İclasda başda Ukrayna olmaqla,
alyansın gündəmində olan müdafiə və çəkindirmə məsələləri müzakirə
edilib, həm regional, həm də qlobal inkişaflar dəyərləndirilib’, –
deyə o əlavə edib.

Teqlər: