Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması daim gənclərə diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə xüsusi diqqət göstərən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qaydışından sonra ən çox diqqət verilən sahələrdən biri Azərbaycan gəncliyi və onun qarşılaşdığı problemlər idi.

“Müstəqilliyimizin ilk dövründə dövlətçiliyimiz kimi, Azərbaycan gəncliyi də ciddi təhlükələrlə qarşı-qarşıya qalmışdı. Müxtəlif siyasi qüvvələr gənclərimizdən öz məkirli niyyətlərini həyata keçirmək üçün istifadə etməyə çalışırdı, gənclər siyasi oyunlara cəlb edilirdi, onların vətənpərvər ruhda yetişdirilməsi, təhsilnin düzgün təşkili, problemlərinin həlli istiqamətində hər hansı bir tədbir görülmürdü. Məhz ulu öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı”, – deyə deputat bildirib.

O qeyd edib ki, Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycan gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevildi, gənclərin problemlərinin həlli, onların təhsilinin təşkili istiqamətində ciddi tədbirlər görülməyə başladı.

“Ölkə gəncləri onlara gödtərilən diqqət və qayğını daim öz üzərində hiss edirdilər. 1996-cı ilin 2 fevral tarixində məhz ulu öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlandı”, – deyə deputat əlavə edib.

O bildirib ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək gənclər siyasətini yeni müstəviyə çıxardı, gənclərin problemlərinin həlli, onların fərdi inkişaflarının təmin edilməsi istiqamətində yeni konsepsiyalar ortaya qoyuldu.

“Azərbaycan gənclərinin İnkişaf Strategiyası, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları, Gənclər Fondunun yaradılması və digər bu kimi tədbirlər gənclərimizin inkişafı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində çox önəmli addımlar idi. Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib”, deyə A.Həsənova əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycanda aparılan bu nümunəvi gənclər siyasəti öz bəhrəsini layiqincə verib. “Prezident İlham Əliyevin rəhbərliyi və apardığı düzgün siyasi kurs nəticəsində Vətən müharibəsində tarixi qələbə qazanan gənc nəsil formalaşdı. Son 18 ildə formalaşan Azərbaycanın gəncləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoydu.

Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır”, – deyə deputat əlavə edib.

Teqlər: