Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq – Paşinyan

Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq – Paşinyan

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır.

AzerTimes erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

O bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır:

“Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər”.

Baş nazirin sözlərinə görə, bölgədə sülhün təmin olunması kommunikasiyaların açılması vacibdir:

“Bu, tərəflərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

N.Paşinyan vurğulayıb ki, Azərbaycan birbaşa, yaxud dolayısı ilə enerji və ya logistika lahiyələrin kəsişməsinə çevrilib:

“Bu, onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyətini artıb”.

Teqlər: