Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri məlum olub

Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri məlum olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının
(MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat
verib.

O bildirib ki, Azərbaycanın ən yaşlı seçicisi qadındır. O,
Gədəbəy rayon sakini 1900-cu il təvəllüdlü Nuriyeva Şərabanı Əli
qızıdır. Onun 122 yaşı var.

Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal
İsa oğludur. Onun 107 yaşı var.

Teqlər: