Azərbaycanın ən iri yerli pulemyotu – Foto

Azərbaycanın ən iri yerli pulemyotu – Foto

Müdafiə Sənayesi Nazirliyi Bakıda keçirilən “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində yerli istehsal olan pulemyotlar nümayiş etdirib.

AzerTimes xəbər verir ki, ən iri yerli pulemyotlardan olan AT-30 bir dəqiqəyə 300-550 patron buraxmaq gücündədir. Pulemyot 30 millimetrlik patronlarla təchiz olunur.

Bundan başqa, sərgidə “İqlim” pulemyotu təqdim olunub. Bu pulemyotlar 12,7х108 millimetrlik güllələrlə təmin olunur və həm quruda, həm suda, həm də havada hədəfləri vurmaq iqtidarındadır.

Müdafiə Sənayesi Nazirliyi, həmçinin 7,62 millimetr və digər kalibrli pulemyotları nümayiş etdirib.

Teqlər: