Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri kəskin artdı

Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri kəskin artdı

2023-cü ilin yanvar-mart aylarında “Azərenerji” ASC 2 milyard 406 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

AzerTimes Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 281,07 milyon ABŞ dolları təşkil edib.

Bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 4,1 dəfə və 8,5 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 3,63 %, qeyri-neft sektoru üzrə ixracında isə 30,81 % paya malik olub.

Teqlər: