Azərbaycanın dostu olan xalq şairi vəfat etdi

Azərbaycanın dostu olan xalq şairi vəfat etdi

Özbəkistanın xalq şairi Camal Kamal 85 yaşında dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı millət vəkili Qənirə Paşayeva paylaşıb.

“Ustadla görüşlərimiz, söhbətlərimiz kino lenti kimi ötür gözlərim önündən. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yaxından təşkilatçılığı ilə onun 80 illik yubileyini Bakıda keçirmişdik.

Ötən il Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində Camal Kamalın özbək dilinə tərcümə etdiyi Nizami Gəncəvi “Xəmsə”sinin xüsusi nəşrinin geniş təqdimatı baş tutmuşdu.

Azərbaycan Mədəniyyət Günləri ilə əlaqədar Daşkənddə olarkən, nümayəndə heyətimizlə birgə ustadı ziyarət etdik.

Əziz xatirəsi heç vaxt unudulmayacaq ustad Camal Kamala Ulu Tanrıdan rəhmət, bütün doğmalarına, oxucularına səbir diləyirəm”, – millət vəkili qeyd edib.

Teqlər: