Azərbaycanın cüdo üzrə millisi gənclər arasında Avropa kuboku turnirini üçüncü yerdə başa vurub

Azərbaycanın cüdo üzrə gənc oğlanlardan ibarət milli komandası
Afinada keçirilən Avropa kuboku turnirində uğurla çıxış edərək 4
medal qazanıb.

Trend xəbər verir ki, qızıl medalları yığmamızın aktivinə
Məhərrəm İmamverdiyev (81 kq) və Kənan Nəsibov (100 kq)
yazdırıblar. Ruslan Nəsirli (100 kq) və Hüseyn Məmmədov (+100 kq)
isə turnirin gümüş medallarını qazanıblar. Komandamız 27 ölkə
təmsilçisinin qatıldığı Avropa kuboku turnirini ümumilikdə 2 qızıl
və 2 gümüş medalla oğlanlar arasında ikinci yerdə başa vurub. Ümumi
komanda hesabında isə yığmamız üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yarışda Azərbaycan Respublikasının Yunanıstankı
fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov və səfirliyin digər
əməkdaşları cüdoçularımıza dəstək olmaq məqsədi ilə Avropa kuboku
turnirində iştirak ediblər.

Anar Hüseynov qaliblərin mükafatlandırma mərasimində iştirak
edib.

Teqlər: