Azərbaycanın bu sahədə çox böyük potensialı var – Leyen

Azərbaycanın bu sahədə çox böyük potensialı var – Leyen

Azərbaycanın bərpaolunan enerji sahəsində çox böyük potensialı var.

AzerTimes xəbər verir ki, bunu iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Leyen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Azərbaycan Prezidenti ilə görüşdə xüsusilə dənizdə külək enerjisi və yaşıl hidrogen enerjisi ilə bağlı müzakirələrin aparıldığını vurğulayan Ursula Fon der Leyen bildirib:

“Bu gün imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə biz bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq. Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək”.

Teqlər: