Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi çox vacibdir – Britaniya səfiri

Xəbər - Maryana Əhmədova – Trend:

Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin
minalardan təmizlənməsi məcburi köçkünlərin doğma yurdlarına
tezliklə qayıtması baxımından çox vacibdir.

Trend-in
məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri
Ceyms Şarp jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, hazırda çox sayda Britaniya şirkəti Qarabağda
minaların təmizlənməsi prosesində iştirak edir.

“Biz şadıq ki, azad edilmiş ərazilərdə minaların təmizlənməsi
prosesində iştirak edirik. Proses uğurla davam edir. Bu, məcburi
köçkünlərin öz evlərinə qayıtması baxımından çox vacibdir”, – deyə
səfir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: