Azərbaycanın 2 parataekvondoçusu qızıl qazandı

Azərbaycanın 2 parataekvondoçusu qızıl qazandı

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin parataekvondo idman növü üzrə milli komandasının üzvləri Zeynalov Sabir (58 kq, K44) və Xəlilov İmaməddin (70 kq, K44) Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən Qran-Pridə bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarını qazanıblar.

Bu barədə AzerTimes-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

Teqlər: