“Azərbaycanım” IV Respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün növbəti plener keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il 22 iyun tarixində saat 10:00-da “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün növbəti plener keçiriləcək.

AzerTimes xəbər verir ki, bu dəfə plenerdə – açıq havada şəkil çəkmək üçün Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının dərnək üzvlərinin bir qrupu dəvət olunub.

Xatırladaq ki, festival çərçivəsində keçirilən plenerlər “Nizami Gəncəvi İli”nə həsr olunur. Məqsəd rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri və şəhərimizin qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət etməkdir.

Festival çərçivəsində plenerlərin mütamadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.


Plenerlər Xətai Sənət Mərkəzinin qarşısında keçiriləcək.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az.

Teqlər: