Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək istəyirəm – Bədii gimnastika üzrə Bakı birinciliyinin gümüş medalçısı

İdmanda böyük nailiyyətlər əldə etmək, Azərbaycanı beynəlxalq
yarışlarda təmsil etmək istəyirəm.

Bunu Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı
birinciliyinin gümüş medalçısı, “Ocaq Sport” klubunu təmsil edən
Fatimə Tarverdiyeva deyib.

O, Milli Gimnsatika Arenasında ilk dəfə çıxış etdiyini
deyib.

“Yarışlar çox yaxşı təşkil olunub, burada çıxış etmək çox
xoşdur. Birincilikdə qazandığım medala görə xoşbəxtəm, amma mən
bundan sonra daha yaxşı nəticələr qazanmaq üçün dah çox məşq
edəcəyəm”, – gimnast deyib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında
bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup
komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: