“Azərbaycanfilm” Kinostudiyasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində
yerləşən üçmərtəbəli inzibati binada yanğın olması barədə məlumat
daxil olub.

FHN-dən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə
bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində
yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Teqlər: