Azərbaycandan İtaliyaya ixrac təxminən iki dəfə artıb

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan İtaliyaya 4,357 milyard dollar dəyərində məhsul ixrac edilib ki, da ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 faiz çoxdur.

AzerTimes-ın məlumatına görə, bu ilin ilk yeddi ayında Azərbaycanın ümumi ixracatında İtaliyanın payı 38,24 faiz olub. 2020-ci ilin yanvar-iyul aylarında isə bu göstərici 32,12 faiz olub.

Azərbaycanın İtaliyadan idxalı isə 261,6 milyon dollar olub. İtaliyanın Azərbaycanın ümumi idxalındakı payı il ərzində 0,03 faiz azalaraq 4,15 faizə düşüb.


Twitter: @jafarov_zeyni