Azərbaycandan göndərilən əlavə yanğın-xilasetmə qrupu Türkiyənin Dalaman hava limanına enəcək – Çavuşoğlu

Prezident İlham Əliyevin tapşırığı ilə bu axşam 200 əlavə növbəti yanğın-xilasetmə qrupu təyyarə ilə Türkiyənin Dalaman şəhər hava limanına enəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Antalya vilayətinin Manavgat rayonunda keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib: “Azərbaycandan yola düşən 40 yanğınsöndürmə texnikası və 162 nəfərlik yanğın-xilasetmə qrupu Gürcüstandan Türkiyəyə daxil olub”.

Teqlər: