Ağdam. Trend:
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri işğaldan azad edilən Ağdam şəhərinə səfər ediblər.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, səfər iştirakçılarını Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi, Agentliyin sədr müavini Vüsal Quliyev müşayiət edir.
Nümayəndələrə ermənilər tərəfindən Ağdamda törədilmiş dağıntılar barədə yerindəcə məlumat verilir.