Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistika” MMC-yə
məxsus 11,000 m² ərazini əhatə edən sahəyə malik yeni təzə və
dondurulmuş logistika mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə
tutulur. Məhəmmədi ərazisində yerləşəcək müasir logistika
mərkəzindən həftənin 7 günü boyunca 5000 mağazaya xidmət
göstəriləcək.
Necə oldu ki, yeni mərkəzin inşasına ehtiyac
yarandı?
Veysəloğlu Şirkətlər Qrupunun missiyasına uyğun olaraq, əsas
hədəflərindən biri də məhsulların düzgün saxlanılmasını, marketlərə
vaxtında və təhlükəsiz çatdırılmasını təmin etməkdir. “Araz”
supermarketlər şəbəkəsi, “Oba” marketlər şəbəkəsi və “Veysəloğlu
Distribusiya” şirkəti vasitəsilə müştərilərə təqdim olunan
məhsulların təzəliyinin qorunması məqsədilə soyuq anbarın
tikilməsinə ehtiyac yarandı. “AVT Logistika” MMC-nin İdarə
Heyətinin sədri Co Daybelin (Joe Dybell) sözlərinə görə, artıq
polad tökülüb və növbəti həftələrdə daha əsaslı işlərin görülməsi
nəzərdə tutulur.
Bu mərkəzin üstünlüyü nə olacaq?
Co Daybel (Joe Dybell): “Biz soyuq şəraitdə saxlanılmalı olan
qidanın istehsalından başlayaraq, daşınma, saxlanma və satış daxil
olmaqla, bütün pillələrdə soyuq zəncirin qırılmaması üçün
çalışırıq. Vahid distribusiya mərkəzimiz vasitəsilə həm yerli, həm
də beynəlxalq təchizatçılarla əməkdaşlıq edəcəyik. Biznesin həcmi
müştərilərimiz üçün daha uyğun qiymətlərin əldə olunması ilə bağlı
danışıqlar aparmağa imkan yaradacaq və beləliklə, dükanlara
ən uyğun qiymətə daşınmalar həyata keçirə
biləcəyik”.
Məhsulların mükəmməl şəraitdə çatdırılmasına və yollarda
kilometri azaltmağa xidmət edəcək 35 ədəd ikili temperaturu
olan yük avtomobillərinin alınması üçün də investisiya
yatırımı edilib. Bu nəqliyyat vasitələrinin arxa qismi 2 hissəyə
ayrılır və müvafiq avadanlıqlarla təchiz olunaraq lazımi
temperaturu saxlaya bilir.
Veysəloğlu Şirkətlər Qrupunun Keyfiyyət İdarəetmə direktoru Anar
Cümşüdovun sözlərinə görə, yeni logistika mərkəzində
dondurulmuş, təzə ət və süd məhsullarını, həmçinin meyvə və
tərəvəzi ən yüksək keyfiyyətlə saxlamaq mümkün olacaq.
Yeni iş imkanları
Yeni mərkəzin açılışı ilə daha 600 nəfər üçün iş imkanı
yaradılacaqdır. Bu da istedadların yetişdirilməsinə,
karyera ilə təmin edilməsinə və dünya standartlarına uyğun
inkişafına töhfə verildiyinin göstəricisidir.