Azərbaycanda yeni təhsil standartları hazırlanır – Komitə sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

Yeni təhsil proqramlarının və yeni standartların hazırlanması çox vacibdir, bunun üzərində iş gedir.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitə yanında İşçi Qrup tərəfindən hazırlanan “Ali təhsil haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, təhsil sahəsində yeni standartlar və tələblər hazırlanr: “Bununla bağlı müzakirələr aparılır. Təhsil sisteminin təkmilləşdirilməsi zəruridir və zamanın tələbidir”.


B.Əliyev qeyd edib ki, “Ali təhsil haqqında” Qanunla bağlı yeni layihə işçi qrupu tərəfindən işlənib hazırlanıb: “Bu layihə dövlətimizin təhsil sahəsində keçirdiyi islahatların məğzinə tam uyğundur. Bu sənəd Azərbaycanda təhsilin rəqabətədavamlılığının artırılması üçün nəzərdə tutulub”.

Teqlər: