Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat
şöbələri tərəfindən 112 284 doğulan körpə qeydə alınıb və əhalinin
hər 1000 nəfərinə bu göstərici 11,2 təşkil edib.
AzerTimes-ın
məlumatına görə, körpələrdən 2 958-i əkiz, 84-ü üçəm, 12-si isə
dördəm doğulanlardır.
Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Mil-Muğan (13,6),
Dağlıq Şirvan (13,4), Quba-Xaçmaz (12,6), Lənkəran-Astara (12,5),
Şərqi Zəngəzur (12,3), Qazax-Tovuz (12,2), Şirvan-Salyan (12,2),
Qarabağ (11,8), Mərkəzi Aran (11,6) və Şəki-Zaqatala (11,4)
iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.