Azərbaycanda yeni fındıq zavodunun işə düşəcəyi vaxt açıqlanıb

Yeni mövsümdə, 2022-ci ilin yayında Azərbaycanın “Agrarco”
şirkəti yeni fındıq istehsalı zavodunu istismara verəcək.

Trend-in məlumatına görə, bunu şirkətin
direktoru Cavid Kazımov deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar
podratçılar bir sıra problemlərlə üzləşdi və bütün bunlar zavodun
işə düşməsi üçün lazımı avadanlıq və digər qurğuların tədarükünün
ləngiməsinə səbəb oldu.

“Biz indi sınaq işləri keçiririk. Artıq müəyyən həcmlər emal
olunur. Biz yeni müəssisənin tikintisi üçün investisiya qoymuşuq.
Həmçinin, aktivləşdirilmiş kömür istehsalı sahəsində əlavə istehsal
gücünün tətbiq olunması planlaşdırılır. Bunun üçün artıq müəyyən
ərazi var, biz yaxın zamanlarda orada istehsala başlayacağıq”, –
C.Kazımov deyib.

Qeyd edək ki, “Agrarco” Zaqatala rayonunda yerləşir.

Teqlər: