Azərbaycanda “Vahid parklama kartı” yaradıla bilər

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda “Vahid parklama kartı”nın yaradılması təklif
edilir.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.

Belə ki, hesabatda ödənişli parklama yerləri üçün (özəl parklama
yerləri istisna olmaqla) 8, 12 və 24 saatlıq abunə paketləri
müəyyən edilməklə “Vahid parklama kartı” (vahid ödəniş aparmaqla
abunə dövrü ərzində bütün ödənişli parklama yerlərindən istifadəyə
imkan verən) sisteminin tətbiqi təklifi qeyd olunub.


Həmçinin hesabatda avtomobil yollarının, parklama yerlərinin və
səkilərin yenidən qurulması, o cümlədən müxtəlif təmir-bərpa
işlərinin aparılması, habelə tədbirlərin keçirilməsi zamanı
nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilinə
diqqətin artırılması, bu barədə yol hərəkəti iştirakçılarının
qabaqcadan kütləvi informasiya vasitələri və sosial şəbəkələr
vasitəsilə, habelə həmin ərazilərdə müvafiq xəbərdaredici nişanlar
və məlumat lövhələri quraşdırılmaqla məlumatlandırılmasına diqqətin
artırılması təklif edilir.

Teqlər: