Azərbaycanda uşaqlar arasında mənşəyi məlum olmayan hepatit aşkarlanıb? – Nazirdən açıqlama

Səhiyyə naziri Teymur Musayev dünyada uşaqlar arasında mənşəyi
məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.

AzerTimes-ın məlumatına görə, T.Musayev hazırda Azərbaycanda bununla
bağlı hər hansı bir narahatlığın olmadığını deyib:

“Bununla bağlı ölkəmizdə narahatlığa səbəb yoxdur. Düzdür, 12
ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək
deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda
uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə
alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə
olunmur”, – deyə nazir vurğulayıb.

Teqlər: