Azərbaycanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü planlaşdırılır

Xəbər - Humay Ağacanova – Trend:

Bu il Azərbaycanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, təşkilatın Ağsaqqallar Şurasının İstanbulda keçirilən iclasında çıxış edən Baş katib Bağdad Amreyev bildirib.

O, həmçinin qeyd edib ki, bu il Macarıstanda da “Vişeqrad qrupu” ölkələri (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin liderlərinin Zirvə Görüşü keçiriləcək.

Teqlər: