Azərbaycanda tibb işçilərinin sertifikasiyasına 18 yeni ixtisas əlavə edilib

Xəbər - Samir Əli – Trend:

Azərbaycanda tibb işçilərinin sertifikasiyasında dəyişikliklər edilib.

AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

Mərkəz rəhbəri qeyd edib ki, Nazirlər Kabineti ixtisasların təsnifatında dəyişiklik edib: “Bu prosesə 18 yeni ixtisas əlavə olunub. Buna görə qərar verildi ki, ixtisaslar üzrə sertifikasiya imtahanı üçün suallar hazırlansın. Hazırda bununla bağlı iş gedir”.


O bildirib ki, sertifikasiyada sınaq imtahanları tətbiq edilib: “Şəxs gəlib sınaq imtahanından keçəndən sonra imtahana buraxılır. Bu imtahanda şəxs nədənsə çətinlik çəkirsə, bunun üçün bizdə kurslar təşkil olunur. Həmin kursdan sonra şəxs imtahan verə bilər”.

Teqlər: