Azərbaycanda təyyarə ilə nə qədər sərnişin daşınıb?

Azərbaycanda təyyarə ilə nə qədər sərnişin daşınıb?

Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 31,3 min ton yük, 267,9 min sərnişin daşınıb.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % və 47,1 % çoxdur.

Sərnişin daşımalarının 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus hava nəqliyyat vasitələri ilə həyata keçirilib.

Teqlər: