Azərbaycanda təhsil krediti verilən tələbələrin sayı açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda 1945 tələbəyə təhsil krediti verilib. Yəni onların müraciəti üzrə müsbət rəy verilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev bu gün təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı təqdimatda məlumat verib.

O qeyd edib ki, hazırda emalda olan 1200 mürciət var ki, yaxın iki həftə ərzində onların da rəsimləşdirilməsi başa çatacaq.


“300-400 nəfər tələbə isə təhsil krediti üçün müraciətini tamamlamayıb”, – deyə o əlavə edib.

Teqlər: