Azərbaycanda supermarketlər şəbəkəsi 2,5 mln manat cərimələnib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində
““Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market
seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər
market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri
üzrə qaldırılan işə dair qərar qəbul edilib.

Bu barədə Trend Dövlət Xidməti-nə istinadən xəbər verir.

Belə ki, “Araz supermarketlər şəbəkəsi Yeni il ərəfəsində ən
ucuz market seçildi” başlıqlı reklamda əmtəələrin qiyməti, əldəetmə
və ödəniş şərtləri barədə həqiqətə uyğun olmayan məlumatlar
yayımlanıb. Eyni zamanda həmin reklamda digər bazar iştirakçıları
ilə əsassız qiymət müqayisəsi aparılaraq haqsız və qeyri-dəqiq
reklama yol verilib. Bununla yanaşı reklam məlumatında digər bazar
subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan
və təhrif olunmuş məlumatların olduğu da aşkar edilib.

Qərara əsasən “Araz Supermarket” MMC-yə fəaliyyətində haqsız və
qeyri-dəqiq reklam üsullarından istifadə olunmasına yol verməməsi
haqqında icrası məcburi olan göstəriş verilib və haqsız rəqabət yol
verdiyinə görə MMC-yə 2 484,6 min manat maliyyə sanksiyası tətbiq
edilib.

Teqlər: