Azərbaycanda son sutkada 1 nəfər peyvənd olunub

Azərbaycanda son sutkada 1 nəfər vaksinasiya olunub.

Bu barədə AzerTimes-a Nazirlər Kabineti yanında Operativ Qərargah
məlumat verilib.

Gün ərzində birinci və ikinci doza vaksin vurduranlar
olmayıb.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu
göstərici 1 olub. Pozitiv nəticədən sonra “buster” doza vaksin
vurduran olmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 707
007, birinci doza peyvəndlərin ümumi sayı 5 345 824, ikinci doza
vaksinlərin sayı 4 847 442 təşkil edib. Üç və daha çox doza
vaksinlərin sayı 3 269 215, pozitiv nəticədən sonra “buster” doza
vaksinlərin sayı isə 244 526 olub.

Teqlər: