Azərbaycanda son 3 ildə əmək müqavilələrinin sayı 400 min artıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda son 3 ildə əmək müqavilələrinin sayı 400 min artıb və bunun 300 mini özəl sektorun payına düşür.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.


Nazir bildirib ki, qeyd olunan müddət ərzində ölkə üzrə əməkhaqqı fondu 83 faiz artıb: “Bu artıma qanunvericiliklə təmin olunan stimullaşdırılma tədbirlərinin nəticəsində nail olunub” – deyə S.Babayev qeyd edib.

Teqlər: