Azərbaycanda şirkət sahibi olan qadın həbs edildi

Azərbaycanda şirkət sahibi olan qadın həbs edildi

Talassemiya xəstəsi olan uşaqlar üçün toplanmış vəsaitləri mənimsəyən qadın həbs edilib.

AzerTimes xəbər verir ki, bununla bağlı Oxu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova haqqında artıq cinayət işi başlanıb.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.

Teqlər: