Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil – Komitə sədri

Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil. Lakin bu,
o demək deyil ki, bütün bölgələrdə sığınacaqlar olmalıdır. Biz elə
etməliyik ki, bir şəxsin problemi sığınacağa qədər həll
edilsin.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar
Muradova deyib.

O bildirib ki, sığınacaqlardakı xidmətin səviyyəsi
qaldırılmalıdır.

“Bu, əsas məsələdir. Eyni zamanda, müəyyən sayda sığınacaqların
yaradılmasına ehtiyac var”, – deyə o əlavə edib

Teqlər: