2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyatçılar
345,1 milyon sərnişinə xidmət göstəriblər.
AzerTimes-ın
məlumatına görə, sərnişinlərin 86,4 faizi avtomobil nəqliyyatı,
13,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə
daşınıblar.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük
olan avtomobil nəqliyyatı ilə 298,1 milyon sərnişin daşınıb və
əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,0 faiz artım qeydə
alınıb.
Sərnişinlərin 95,0 faizi avtobus, 5,0 faizi isə minik
taksilərinin xidmətlərindən istifadə etmişdir. Sərnişin dövriyyəsi
19,0 faiz artıb.