Azərbaycanda sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən istifadə edib

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda nəqliyyatçılar
225,1 milyon sərnişinə xidmət göstəriblər.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, sərnişinlərin 86,6
faizi
avtomobil nəqliyyatı, 13,0 faizi metro, qalan hissəsi isə digər
nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük
olan avtomobil nəqliyyatı ilə 17,5 milyon ton yük, 194,9 milyon
sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq
olaraq 7,8 faiz və 20,4 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,1 faizi avtobus, 4,9 faizi isə minik
taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə
21,4 faiz artıb.

Teqlər: