Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti Ukraynaya humanitar yardım təşkil edib

Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti (AzOMFS) I-ci və
II-ci Qarabağ Müharibələrində əldə olunan zəngin təcrübəsi olan
fəal üzvləri simasında, humanizm və həmkarlıq prinsiplərinə
əsaslanaraq, toplanan üzvlük və şəxsi iyanələr hesabına, bizim
ukraynalı həmkarlarımıza – üz-çənə cərrahlarına dəstək olaraq
cərrahi dəst və metalosteosintez cərrahi əməliyyatları üçün 5000
manatdan artıq olan yardım paketi hazırlamışdır (alətlər,
rekonstrukriv və mini titan lövhələr və s.).

AzOMFS ukraynalı həmkarlarını əmin edib ki, gələcəkdə də öz
humanitar aksiyalarını əsirgəmiyəcək.

Teqlər: