Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan, Ermənistan
ordusunun əsgəri Eduard Arturoviç Martirosov Ermənistan tərəfinə
təhvil veriləcək.
Bu barədə AzerTimes-a açıqlamasında Azərbaycanlı Əsir və Girovlara
bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, erməni hərbi qulluqçusu bu həftə Ermənistan
tərəfə təhvil veriləcək.
Xatırladaq ki, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç
Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində
Azərbaycan ərazisinə keçərkən Dövlət Sərhəd Xidmətinin hərbi
qulluqçuları tərəfindən saxlanılıb.