Fələstinin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı
İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Fələstin
Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə
hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi
çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar diləyir, Azərbaycana
və onun xalqına daha böyük tərəqqi, həmrəylik və qarşılıqlı hörmətə
əsaslanan ikitərəfli əlaqələrimizin inkişaf etməsini
arzulayıram.

Xahiş edirəm, ən xoş arzularımı qəbul edin”.

Teqlər: