Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək.

AzerTimes xəbər verir ki, bu il “Azərbaycanda Rusiya kinosu günləri”nin proqramına dörd yeni tammetrajlı filmin nümayişi, filmlərin müzakirəsi və ekran əsərlərini təmsil edən heyət üzvlərilə yaradıcılıq görüşləri daxil edilib.

24 aprel, saat 18.30-da tədbirin təntənəli açılış mərasimi olacaq.

Qeyd edək ki, tədbir çərçivəsindəki kinolayihələrin aparıcısı aktrisa Polina Neçitaylodur. Rusiya Xarici İşlər Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Bakıdakı Rus Evinin də dəstək verdiyi layihənin prodüseri Rusiyanın əməkdar mədəniyyət işçisi Yelena Lebedevadır.

Teqlər: