Azərbaycanda rəqəmsal imza bütün sahələrdə istifadə olunur – SINAM rəhbəri

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Yeni nəsil rəqəmsal imza bütün beynəlxalq tələblərə cavab verir.

Trend-in məlumatına görə, bunu “SINAM” IT şirkətinin prezidenti Elçin Əliyev “Yeni nəsil rəqəmsal imza” mövzusunda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal imza bütün sahələrdə istifadə olunur, texnologiyaların inkişafı isə yeni standartlar tələb edir.


“Ona görə də biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “AzInTelecom” və SVORT şirkəti ilə birgə dünya standartlarına cavab verən yeni nəsil rəqəmsal imza hazırlamışıq. Son 20 il ərzində biz dövlət-özəl tərəfdaşlığı çərçivəsində bu layihənin inkişafı üzərində işləmişik”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)