Azərbaycanda qum və çınqıl materiallarına tələbat artıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanda qum və çınqıl materiallarına tələbat artıb.

AzerTimes-ın məlumatına görə, bunu Kiçik və Orta biznesin inkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Qum və Çınqıl İstehsalçıları Biznes Forumu”nda deyib.

Onun sözlərinə görə, qum-çınqıl tələbatının artması səbəbindən istehsalın artırılması və bu materialların qanunsuz istehsalının qarşısının alınması üçün müvafiq işlər aparılır:

“Sahibkarlardan gələn bütün müraciətləri nəzərdən keçiririk və bu materialların istehsalı üçün ərazilərin formalaşması üçün hüquqi dəstək və kömək göstəririk. Bundan başqa bu sahədəki sahibkarlarla dövlət qurumları arasında sıx əlaqələr qurmağa çalışırıq.


Agentliyimiz gözləyir ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar problemlərinin həllində potensialımızdan istifadə edəcəklər, biz də öz növbəmizdə problemlərin həllində və bu sahibkarlara əlverişli şəraitin yaradılmasında hərtərəfli dəstək verəcəyik”.

Qeyd edək ki, forumda bu sahənin hazırki vəziyyəti, problemləri və perspektivləri müzakirə olunub.