Azərbaycanda 4 minə yaxın qeydiyyatdan keçən qeyri-hökumət
təşkilatı (QHT) var.
AzerTimes-ın məlumatına görə, bunu Prezident Administrasiyasının
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor
müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və
açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai
müzakirədə bildirib.
Sektor müdiri qeyd edib ki, onların bəziləri aktiv fəaliyyət
göstərmir.
“Ancaq əksəriyyəti aktiv işləyir”,- V.Quliyev deyib.