Bu ilin birinci rübündə ölkə ərazisində təbii qaz istehlakı 4,8
mlrd. kub metr təşkil edib.
Trend xəbər verir ki, bu barədə SOCAR məlumat
yayıb.
Bildirilir ki, bu ilin yanvar-mart aylarında ötən ilin analoji
dövrü ilə müqayisədə qaz istehlakı 9,3% artıb.
Karbamid və Metanol zavodlarının istehsal həcmlərinin kəskin
artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin 96,3%-ə yüksəlməsi
qaz istehlakının artımına təsir göstərib.