Azərbaycanda QAZ avtomobillərinin istehsalını genişləndirmək planlaşdırılır

Xəbər - Səsdrəddin Ağcayev – Trend:

Azərbaycanda QAZ avtomobillərinin istehsalını genişləndirmək planlaşdırılır.

AzerTimes-ın məlumatına görə, bunu Rusiyanın “Müasir avtomobil texnologiyaları” şirkətinin direktoru Aleksey Slavin “Rusiya şirkətlərinin işgüzar missiyası” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, ölkədə avtobusların istehsalını başlamaq planlaşdırılır:

“Hazırda Azərbaycanda 7 QAZ modelinin istehsalı təşkil olunub, gələcəkdə isə biz istehsal portfelini genişləndirməyi və “Azərmaş” platformasında avtobusların buraxılışına başlamağı planlaşdırırıq”.

O əlavə edib ki, bu ilin avqustunda ekoloji təmiz avtobusların təqdimatı nəzərdə tutulub, bu avtobuslar da Azərbaycana təqdim olunacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: