Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır – Tamam Cəfərova

Artıq 19 ildir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə
Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi
əsasında islahatlar aparılır, Azərbaycanda təhsilin inkişafına
böyük diqqət və qayğı göstərilir. Son illər ölkəmizdə müasir
standartlara tam cavab verən, bir-birindən gözəl, modern məktəb
binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası
möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri
yaxşılaşdırılır. Bu istiqamətdə dövlət başçısının dünən veridiyi
Sərəncam təhsil sahəsində həyata keçirdiyi uğurlu siyasətin növbəti
təzahürüdür.

Bu sözləri AzerTimes-a açıqlamasında Milli Məclisin üzvü Tamam
Cəfərova deyib.

O qeyd edib ki, Azərbaycan ərazisində modul tipli təhsil
müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi
məqsədilə Azərbaycan Prezidentinin 2022-ci il 10 fevral tarixli
3143 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.8.3-cü yarımbəndində nəzərdə tutulmuş 5,0 (beş)
milyon manat bu sərəncama əlavəyə uyğun olaraq Təhsil Nazirliyinə
ayrılıb.

Sevindirici haldır ki, yeni quraşdırılacaq modul tipli
məkətblərdən biri də Şamaxı rayonun Çöl Göylər kəndində olacaq.
Sərəncamdan irəli gələrək, burada 96 şagird yerlik modul tipli
məktəbin quraşdırılması nəzərdə tutulub.

Deputat açıqlamasında bildirib ki, təhsil infrastrukturunun
yenilənməsi daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə
görülən məqsədyönlü işlər ardıcıl xarakter daşıyır. Azərbaycan
Prezidentinin müvafiq sərəncamları və tapşırıqları əsasında
təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq
həll olunub. Təhsilin maddi-texniki bazasının yaxşılaşıdırlması
istiqamətində həyata keçirilən innovativ layihələr Azərbaycanın ən
ucqar yerlərində belə məktəb infrastrukturunun yaxşılaşmasını
birbaşa nümayiş etdirir. Bu proqram dövlət büdcəsinin xətti ilə
icra edilir və bunun tamamlanması, Prezidentin müvafiq tapşırığına
müvafiq olaraq, 2021-2022-ci ildə başa çatmalıdır. Bu, analoqu
olmayan bir faktdır. Dünyanın heç bir yerində belə qısa vaxt
ərzində bu qədər məktəb inşa edilməyib.

“İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda həyata
keçirilən ardıcıl və dinamik quruculuq işləri ilə yanaşı ölkə
rəhbərinin təhsilə sərmayə qoyuluşunu artırması, gələcəyin əsas
uğurunun təhsillə bağlı olduğunu göstərir. Hər zaman təhsilin
inkişafına göstərdiyi böyük diqqət və qayğiya görə, son Sərəncamda
Şamaxıda da daha bir modul tipli məktəbin tikintisi nəzərdə
tutulduğu üçün Dövlət Başçımız-Prezident cənab İlham Əliyevə öz
adımdan və bütün seçicilərim adından dərin minnətdarlığımızı və
təşəkkürümüzü bildirirəm”. Millət vəkili Tamam Cəfərova belə
deyib.

Teqlər: