Azərbaycanda müvəqqəti saxlama mərkəzlərində saxlanılan qanunsuz
miqrantların sayı çox aşağıdır.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX)
rəisi Vüsal Hüseynov deyib. O bildirib ki, Azərbaycanda 142 min
miqrant varsa, onlardan cəmi 3 minə yaxını qanunsuz yaşayır.
“Saxlanılan qanunsuz miqrantların sayı isə çox cüzidir. Həmin
şəxslər aşkarlanaraq müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilir.
Hazırda Dövlət Miqrasiya Xidmətinin saxlama mərkəzlərində 10-dan az
qanunsuz miqrant var”,- deyə xidmət rəisi deyib.
O bildirib ki, Azərbaycandakı qanunsuz miqrantlar əsasən qonşu
dövlətlər və cənub-şərqi Asiyadandır.